"Azərenerji"də sistemin inkişafı və yeni obyektlərin istismara verilməsi ilə əlaqədar iki il ərzində təxminən 1500 yeni iş yeri açılacaq. Bu barədə idarənin mətbuat-xidmətinin press-relizində deyilir. Bu iş yerləri Şəki, Xaçmaz, Bakı, Naxçıvan modul elektrik stansiyalarında, "Şimal" elektrik stansiyasında və Sumqayıtda (burada buxar-qaz qurğuları inşa edilir), həmçinin, NMR-in elektrik stansiyalarında açılacaq.
Hazırda Astara modul elektrik stansiyasında mühəndis, texnik və fəhlə vəzifələri üzrə 150 nəfərlik iş yerləri açılıb. 2005-ci ildə enerji sistemində 500 iş yeri açılmışdır. Bu il də iş yerlərinin sayı bu göstəriciyə çatdırılacaq.