...

Rövnəq Abdullayev: ARDNŞ maye qazın satışını bərpa etməyə hazırlaşır

Energetika Materials 22 Mart 2006 13:41 (UTC +04:00)

Aprelin 1-dən Heydər Əliyev adına neft emalı zavodu (keçmiş Azərneftyanacaq) bir qədər əvvəl planlı təmirə dayandırılmış katalitik krekinq qurğusunun işini bərpa etmək niyyətindədir. Bundan sonra maye qazla bağlı bütün problemlər həll olunacaq. Trend in ANS telekanalına istinədən verdiyi məlumata görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Bu ilin əvvəlində zavod avtomobil benzininin satışını bərpa edib. Katalitik krekinq qurğusunun işə salınmasından sonra benzinin istehsalı daha da artırılacaq.

Dekabrda ARDNŞ Sinqapurun Petrofarm şirkəti ilə 2006-cı il ərzində 50 min ton avtomobil benzininin satışı üzrə müqavilə imzalayıb. Neft məhsulu FOB bazisi ilə Azrneftyag (ARDNŞ-in tərkibinə daxildir) NEZ-dan zavodun balansında olan 20 N-li körpüdən yüklənəcək. Petrofarm Xəzər dəniz Gəmiçiliyi İdarəsinin tankerləri ilə benzini İranın Neka limanına çatdıracaq.

Eləcə də ARDNŞ-in 2006-cı ildə Gürcüstanın "Saknaftobtransi" şirkəti ilə avtomobil benzininin satışı üzrə müqaviləsi var. Ehtimal olunur ki, bu şirkətlə ayda 20 min ton benzin satılacaq.

Xəbər lenti

Xəbər lenti