...

ABƏŞ "Faza-3" çərçivəsində sualtı manifoldda birinci quyunun qazılmasına başlayıb

Energetika Materials 23 Mart 2006 13:42 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) martın 24-də "Faza-3" çərçivəsində "Günəşli" yatağının dərinsulu hissəsində quraşdırılan sualtı manifoldda ilk sualtı suvurma quyusunun qazıntısına başlayıb. ABƏŞ-dən Trend ə verilən məlumata görə, qazma işləri "Dədəd Qorqud" qazma işləri idarəsi tərəfindən aparılacaq. Qazma işləri platformanın quraşdırıldığı yerdən 2 km-lik məsafədə aparılacaq ki, gələcəkdə buradan bilavasitə Azeri Light növlü neft hasil olunacaq.

ABƏŞ-dən bildirilib ki, burada qazma işləri başa çatdıqdan sonra "Dədə Qorqud" qurğusu ikinci cuvurma quyusunun qazılması üçün ikinci sualtı manifolda köçürüləcək. Cəmi iki sualtı manifoldda 10-a qədər suvurma quyusu qazılacaq.

"İyunda platformanın yerləşdiyi yerdə (neft hasilatı üçün) "Dədə Qorqud"un qabaqlayıcı quyuda qazma işləri davam etdiriləcək", - deyə ABƏŞ-dən bildirilib.

"Günəşli"dərinsulu yatağında "Faza-3" çərçivəsində ilk neft hasilatı 2008-ci ildə nəzərdə tutulub. Ehtimal edilir ki, iki sualtı manifoldda qazılan quyulardan suyun vurulması zəmin platformada yerləşən quyulardan neft hasilatının başlanması ilə birgə həyat keçiriləcək.

"Günəşli"nin dərinsulu hissəsində cəlbedici neft ehtiyatları 176 mln. ton və ya 1,25 mlrd. barel təşkil edir.

Xəbər lenti

Xəbər lenti