BTC Co boru kəməri şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəmərinin texniki neftlə doldurulmasını davam etdirir. BP -dən Trend ə verilən məlumata görə, 2005-ci ilin mayından 2006-cı il aprelin 1-nə kimi BTC boru kəmərinə 873,347 min tona yaxın (6,478 mln. barel) Azeri Light növlü neft vurulub.
Boru kəmərinin tam doldurulması üçün 10 mln. barel neft lazımdır.
BP nümayəndəsinin sözlərinə görə, martda boru kəmərinə 130,051 min ton neft (966,8 min barel) neft vurulacaq.
2005-ci ilin sentyabrında Ceyhan limanına ilk neft daxil olub və tankerdən neft anbarlarının birinə vurulub. Bu Azeri Light növündən olan neft Ceyhana Gürcüstanın Qara dənizdəki Supsa limanından sentyabr ayının birinci ongünlüyündə terminalın sınaqdan keçirilməsi və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin doldurulması üçün çatdırılıb.
Həcmi 600 min barel olan neft partiyası BTC Co tərəfindən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən alınıb. Bu partiyanın dəyəri Azeri Light növünün orta aylıq Platts məzənnəsi əsasında hesablanıb.