...

Bakı yüksək gərginlikli elektrik şəbəkəsi yarımstansiyaların yenidən qurarşdırılmasını davam etdirir

Energetika Materials 17 Aprel 2006 15:19 (UTC +04:00)

"Azərenerji" SC-nin Bakı yüksək gərginlikli elektrik şəbəkəsi istehsalın modernləşdirilməsini, avadanlıqların təmir və reabilitasiyasını davam etdirir. Trend in xəbər verdiryi kimi, bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.

Elektrik şəbəkəsinin direktoru Cahid Bağırovun sözlərinə görə, bu işlər "Puta", "Binəqədi", "Xırdalan" və "Abşeron" yarımstansiyalarında aparılır. Köhnə modifikasiyalı transformatorlar yeniləri ilə əvəz olunur, naqillər çəkilir və s. Bu işlər Bakının qəsəbə və kəndlərinin enerji ilə təchizatını yaxşılaşdırmalğa imkan verəcək.

2005-ci ildə bu müəssisə 6,8 mlrd. kVt elektrik enerjisi verib və 12,8 mln. kVt enerjiyə qənaıət olunub. Əsaslı tikintiyə 11 min 298 AZN, təmir-bərpa işlərinə isə 606 min AZN xərclənib.

Müəssisənin balansına ümumi gücü 3228 MVA olan 7 yarımstansiya və 795 km yüksək gərginlikli elektrik ötücü şəbəkələri daxildir.

Xəbər lenti

Xəbər lenti