...

Mayda Şəkidə yarımstansiyanın tikintisi başa çatacaq

Energetika Materials 22 Aprel 2006 11:33 (UTC +04:00)

"Azərenerji" SC Şəkidə modul elektrik stansiyasının tikintisi üzrə podratçılar Wartsila və ABB ilə birgə 110 kVt gücündə olan yarımstansiyanın inşasını başa çatdırır. Bu yarımstansiya elektrik stansiyasında istehsal olunan elektrik enerjisi verəcək. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.

Hazırda avadanlıqların, transformatorların quraşdırılması, kabellərin çəkilməsi prosesi gedir. İşlərin tikinti hissəsi başa çatıb.

2006-cı ilin mayında yarımstansiya istismara verilməyə tam hazır olacaq.

Xəbər lenti

Xəbər lenti