...

Naxçıvandakı qaz turbin stansiyası işə başlayıb

Energetika Materials 24 Aprel 2006 15:05 (UTC +04:00)

"Azərenerji" SC Naxçıvan qaz turbin elektrik stansiyasında ilk iki enerji blokunu istismara verib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, şirkətin mətbuat xidmətindən xəbər verilib. Hazırda həmin elektrik stansiyası tərəfindən istehsal olunan enerji respublikanın enerji sisteminə daxil olur.

Bu gün elektrik stansiyası gündə təxminən 420 min kIt/s enerji istehsal edir. Naxçıvan MR-da ümumi gündəlik istehlak 3 mln. kIt/s təşkil edir.

Bu stansiyada ümumilikdə 4 enerji bloku var. Stansiyada yenidənqurma işləri "Azərenerji" SC ilə onun tərəfdaşları Enerco (Almaniya), GTT (İtaliya) və ABB (Astriya) tərəfindən həyata keçirilir.

Artıq digər iki enerji blokunda montaj işləri başa çatdırılıb. Bu ayın sonuna qədər 4 enerji bloku istismara veriləcək. Nəticədə qaz turbin stansiyası Naxçıvana təxminən 1 mln. kIt/s enerji verəcək. İndiyə qədər Naxçıvan, demək olar ki, bütünlüklə Türkiyə və İrandan verilən enerji ilə təchiz olunub.

Xəbər lenti

Xəbər lenti