Xəzərin hüquqi stutusu müəyyənləşmədən və Xəzəryanı ölkələr razılaşmadan Qazaxıstandan dənizin dibilə kəmərin çəkilişi mümkünsüzdür. Bu fikri İranın Qazaxıstandakı səfiri Romin Mehmonparast Alma-Atıda keçirilən mətbuat konfransında bildirib. "Kəmərin çəkilişi haqqında söhbət yersizdir, çünki dənizin hüquqi statusu müəyyənləşməyib və bütün Xəzəryanı ölkələrin layihə ilə bağlı razılığı alınmayıb" - deyə o qeyd edib.
Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, İran diplomatının rəyi Rusiyanın energetika və sənaye naziri Viktor Xristenkonun nöqteyi-nəzərilə üst-üstə düşür. Qeyd edək ki, V.Xristenko hələ fevralda bəyan etmişdi ki, Xəzərin dibilə böru kəmərin çəkilişi ilə bağlı qərar yalnız dənizin hüquqi statusunun nizamlanmasından sonra mümkün ola bilər.
Qazaxıstanın baş naziri Danial Axmetov mayın əvvəlində Bakıda bəyan etmişdi ki, Qazaxıstan hökuməti Bakı-Aktau kəməri layihəsini müzakirə edir.
Bu kəmərin tikintisi məsələsi ilk dəfə Türkiyə tərəfindən 90-cı illərdə qaldırılmışdır. Lakin kəmərdəki qazın həcmi ilə bağlı Türkmənistan və Azərbaycan arasındakı fikir ayrılığı üzündən təxmi dəyəri 3-4 mlrd dollar olan layihənin gerçəkələşdirilməsi dayandırılmışdır Ukraynadakı 2006-cı il enerji böhranından sonra bu layihənin bərpası haqqında Avropa Birliyi danışmağa başladı.
ABŞ-ın Cənubi və Orta Asiya işləri üzrə dövlət katibinin köməkçisi Riçard Bauçer "İTAR-TASS"a müsahibəsində bildirib ki, Buş administrasiyası Transxəzər kəməri layihəsinin texniki-iqtisadi əsaslandırması işlərini maliyyələşdirməyə hazırlaşır. Onun sözlərinə görə, məqsəd bu kəmərin region üçün faydalı olub-olmamasını müəyyənləşdirməkdir.