...

Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Praqada enerji ehtiyatlarına dair məruzi ilə çıxış edib

Energetika Materials 27 May 2006 12:28 (UTC +04:00)

Mayın 22-24-də Praqada (Çexiya) ATƏT-in 14-cü iqtisadi forumu çərçivəsində "ATƏT zonasında nəql etmədə, regional əməkdaşlıqda və sabiliyinin möhkəmləndirilməsində nəqliyyat şəbəkəsinin təhlükəsizliyi və inkişafı" mövzusunda konfrans keçirilib.

Trend in verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənilməsi üzrə vitse-prezidentinin müşaviri Eldar Şahbazovun Xəzər, Qara dəniz və Aralıq dənizi regionunda risklərin qiymətləndirilməsi və enerjidaşıyıcılarının idarə olunmasına dair məruzəsi dinlənilib. Enerjidaşıyıcılarının hasilatı və dünya bazarına çatdırılmasında risklərin qiymətləndiyilməsi və onların aradan qaldırılması müzakirə olunub.

Görüşdə ATƏT-ə üzv olan ölkələrin, beynəlxalq təşkilatların, BMT, NATO, Avropa Komissiyasının, Dünya bankının, Asiya inkişaf bankının və digər strukturların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti