Azərbaycan Dövlət Neft Şirkəti "Bahar" yatağında kəşfiyyat quyusunun qazılmasını davam etdirir. Bu quyunun layihə dərinliyi 5000 met¬r təşkil edir. Hazırda quyunun dərinliyi 4000 metrə bərabərdir. Bu barədə Trend ə ARDNŞ-dən bildirilib.
Bu quyunun qazılması gələcəkdə qazma işlərinin təkcə yatağın bu hissəsində deyil, həm də "Bahar-2" yatağında da davam etdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. ARDNŞ-in məlumatına görə, dəniz yatağının bu hissəsində 5 mln tonadək çıxarıla bilən şərti yanacaq ehtiyatı ola bilər.