Azərbaycan Dövlət Neft Şirkəti İşlər İdarəsinin rəhbəri Xalıq Məmmədov Fransanın Total şirkətinin Azərbaycandakı nümayəndəsi Tyeri Normanla görüşüb. Bu barədə Trend ə ARDNŞ-dən xəbər verilib. Görüş zamanı ARDNŞ üçün kadr hazırlığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bakalavr və magistrların seçilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçiriləcək. Tələbələrin xarici təhsil ocaqlarında yerləşdirilməsinə British Council, Total və digərləri köməklik göstərəcək.
Tələbələr gələn il göndəriləcək. X.Məmmədov Fransa universitetlərinin bu istiqamətdə imkanları ilə maraqlandığını qeyd edib. Total-ın nümayəndəsi deyib ki, onun təmsil etdiyi şirkət ARDNŞ üçün kadr hazırlamaqda maraqlıdır. Bundan əlavə, T.Normanın bildirdiyinə görə, kadr şirkətin hazırlığı ilə məşğul olan nümayəndəsi iyunun 11-də Bakıya gələcək. O, Fransa universitetləri barədə müfəssəl hesabat təqdim edəcək.