...

Bu il Azərbaycan "Şahdəniz" yatağından daha çox qaz hasil etmək fikrindədir

Energetika Materials 20 İyun 2006 12:58 (UTC +04:00)

Bu il Azərbaycan hasilatı sentyabr ayının sonunda başlayacaq "Şahdəniz" qaz - kondensant yatağından təxminən 670 milyon kub metr qaz hasil etmək istəyir. Bu barədə Trend ə Azərbaycanın Sənaye və Energetika Nazirliyindən xəbər veriblər.

Nazirlikdə qeyd ediblər ki, əgər Türkiyə müəyyən olunmuş vaxtda Gürcüstan sərhədində qazı qəbul edə bilməzsə, bu, baş verəcək. "Bu, Türkiyə ərazisindəki Cənubi Qafqaz qaz kəmərinin tikintisinin vaxtında başa çatmaması səbəbindən baş verə bilər. O zaman bu qazın bir hissəsi Azərbaycan tərəfindən istifadə olunacaq, digər hissəsi isə Gürcüstana verilə bilər",- deyə nazir bildirib.

Bu il Türkiyə "Şahdəniz" yatağından təxminən 500 milyon kubmetr qaz almalı idi. Gələn il bu göstərici 4 milyard kubmetrdən çox olacaq. 2008-ci ildən Türkiyəyə verilən qazın həcmi 6,6 milyard kubmetr layihə səviyyəsinə qədər çatdırılacaq.

"Şahdəniz" yatağından Azərbaycana verilən 1 min kubmetr qazın qiyməti 58 ABŞ dollarına (istilikkeçirmə xassəsi nəzərə alınmaqla) bərabər olacaq. Gürcüstan üçün qazın dəyəri 63 ABŞ dollarına, Türkiyə üçün isə 120 ABŞ dollarına bərabər olacaq.

Xəbər lenti

Xəbər lenti