...

"Azəriqaz" qaz anbarlarına 1 mlrd. 100 mln. kub metr qaz vuracaq

Energetika Materials 20 İyun 2006 15:39 (UTC +04:00)

Hazırda "Azəriqaz" SC yeraltı qaz anbarlarına təxminən 1 mlrd. kub metr qaz vurub. "2006-2007-ci İl Payız-Qış Mövsümlərində Respublikanın Qazla Təmin Edilməsi Proqramı" çərçivəsində bu il qaz anbarlarına təxminən 1 mlrd. 100 mln. kub metr qaz vurulacaq. Trend agentliyinin məlumatına əsasən, bu barədə jurnalistlərə SC-nin sədri Əlixan Məlikov bildirib.

2005-ci ildə yeraltı qaz anbarlarına rekord həcmdə - 1 mlrd. 025 mln. kub metr qaz vurulmuşdu. Bu, 2006-cı ilin qışında əhalini praktiki olaraq problemsiz qazla təmin etməyə imkan verdi. Halbuki hava şəraitin soyuq keçməsilə əlaqədar qaza tələbat olduqca yüksək idi. 2004-cü ildə SC təxminən 846 mln. kub metr qaz alaraq qaz anbarlarına vurub.

Bu gün Azərbaycanda iki çəndən - Qaradağ və Kalmaz qaz anbarlarından istifadə olunur. Onların məcmü tutumu 1 mlrd-1,1mlrd. kub. metr qaza bərabərdir. Ehtimallara görə, genişləndirmə üzrə işlər çərçivəsində Qaradağ qaz anbarının tutumu 2-2,2 mlrd. kub metrə, Kalmaz anbarının isə 1-1,2 mlrd. kub metrə çatdırılacaq. Hazırda məsələ ilə bağlı danışınlar aparılır. Bu planların 2 il ərzində həyata keçiriləcəyi ehtimal olunur. Dünya Bankı layihələrin maliyyələşdirilməsinə maraq göstərir. Bu layihələrin ilkin dəyəri $120 mln. təşkil edir. Vəsaitlərin bir hissəsini Azərbaycan təqdim edə bilər.

Xəbər lenti

Xəbər lenti