Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 120 min ton L-62markalı dizel yanacaq, 163 min ton A-92 markalı avtomobil benzin və 25 min ton TS-1 markalı aviasiya neftinin satışı haqqında tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər verilib. Tender 2-ci yarımildə neft məhsullarının göndərilməsi elan edilib.
Bu partyianın yüklənib göndərilməsi FCA şərtləri əsasında Bakıya ili FOB - Bakı, Gürcüstan, İran, Mərkəzi Asiya, MDB ölkələrinə həyata keçiriləcək. Tenderə iyunun 27-də yekun vurulacaq.