...

Sentyabrda Dövlət Neft Şirkəti "Günəşli" yatağında qazın utilizasiyası proqramının reallaşdırılması üçün boru alacaq

Energetika Materials 24 İyun 2006 13:46 (UTC +04:00)

Cari ilin sentyabr ayında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "Günəşli" yatağının dayaz hissəsində qaz utilizasiyası layihəsinin reallaşdırılması üçün boru alacaq. Bu barədə Trend ə ARDNŞ prezidenti Rövnəq Abdullayev xəbər verib. Bundan başqa, ARDNŞ qazın sahilə nəqli üçün iki sualtı qaz kəmərinin tikintisinə başlamağı planlaşdırır. Bu prosesi tamamladıqdan sonra ARDNŞ yataqda qaz üçün qazılmış bütün quyuları yenidən işə sala biləcək.

Hazırda Ümumdünya bankının ekspertləri "Günəşli" yatağında aşağı təzyiqli qazın yığılması üzrə proqram üzərində işləyirlər. Bu proqram Dünya Bankının 481,205 min ABŞ dolları məbləğindəki qrantı hesabına həyata keçirilir. Bu layihənin həyata keçirilməsi üçün vəsaitlər Yaponiya höküməti tərəifndən verilib.

Saziş çərçivəsində qazın atmosferə atılmasının qarşısını almaq üçün DB qazın utilizasiyası üzrə proqram hazırlayacaq. Proqram üzrə "Günəşli-4" platformasının boş hissəsində qaz -kompressor stansiyasının tikintisi nəzərdə tutulur. Bu stansiya aşağı təzyiqli qazın təzyiqini artırmaq və onu sahilə nəql etmək üçün imkan yaradacaq. "Günəşli" yatağında qaz-kompressor stansiyasının tikintisi 2010-cu ilə qədər bu yataqdan ildə 4,9 milyard kub metr qazın hasil edilməsinə imkan verəcək. Hazırda bu göstərici ildə 2,2 milyard kub metrə bərabərdir.

Hazırda hər gün "Günəşli" yatağının dayaz hissəsində 1,6 milyon kub metr aşağı təzyiqli qaz tullanılır.

Xəbər lenti

Xəbər lenti