...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları

Energetika Materials 27 İyun 2006 13:06 (UTC +04:00)

İyunun 19-23-də Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) növlü neftin bir barelinin orta qiyməti $67,91 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətlə müqayisədə $0,28 çoxdur. Trend in xəbər verdiyi kimi, ötən həftə - iyunun 19-23-də AZERI LT neftinin maksimum qiyməti $69,31 minimum qiyməti isə - $66,18 təşkil edib.

İyunun 19-23-də Azərbaycanın Novorossiysk limanında satdığı URAL (EX-NOIO) neftinin bir barelinin orta qiyməti $62,19 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətlə müqayisədə $1,67 azdır. İyunun 19-23-də URAL neftinin maksimum qiyməti $63,15, minimum qiyməti isə $60,82 olub.

İyunun 19-23-də etalon növlü Brent (DTD) neftinin qiyməti $68,35 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətlə müqayisədə $1,54 çoxdur. Ötən həftə Brent neftinin maksimum qiyməti $69,98, minimum qiyməti isə $66,20 olub.

Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi - 0,14%, URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi - 1,3% (satış zamanı bu növ neftin spesifikasiyası tərkibində daha çox (və ya az) keyfiyyətli neft növlərinin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif vaxtlarda dəyişir), DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti