...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 4 İyul 2006 13:38 (UTC +04:00)

İyulun 3-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $72,39 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,91 artıb). Neft Ceyhan limanına BTC boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 3-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $73,65 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,94 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 3-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $67,66 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,70 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

İyulun 3-də bir barel DTD neftinin qiyməti $74,02 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,91 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti