...

Nazir: Azərbaycanda elektrik enerjisinin dəyərinin artırılması aktual deyil

Energetika Materials 18 İyul 2006 19:51 (UTC +04:00)

"Biz elektrik enerjisinin dəyərinin artırılması məsələsini qaldırmırıq. Bu, əhalinin rifahından asılıdır" - deyə, Trend agentliyinin məlumatına əsasən, sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Biz qarşımızda elektrik enerjisinin dəyərini artırmaq kimi məqsəd qoymamışıq. Elektrik enerjisinin dəyəri yalnız lazım gəldikdə arta bilər" - deyə o qeyd edib.

Əvvəllər AYİB Mingəçevirdəki Azərbaycan İSS-ın bərpasına kreditin verilməsi üçün elektrik enerjisinin dəyərinin artırılması kimi şərt qoymuşdu, lakin sonra bu məsələ aradan qalıdırıldı.

Xəbər lenti

Xəbər lenti