...

Barmek şirkətinin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələri qiymətləndirəcək şirkət müəyyən olunub

Energetika Materials 27 İyul 2006 13:50 (UTC +04:00)

Barmek enerjipaylayıcı şirkətinin sərmayələrinin qiymətləndirilməsini həyata keçirəcək şirkət müəyyən olunub, lakin onun adı müqavilənin imzalanmasından sonra açıqlanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" paylayıcı şəbəkələrin idarəyə verilmə üzrə sazişdəki maddəyə görə, sərmayələrin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət etmək olar.

Bu, yalnız beynəlxalq uçotlu şirkət ola bilər. Hazırda dünyada dörd belə şirkət var - PWC, KPMG, Deloitte və Ernts&Young şirkətləri. Onlardan biri bu işlərin yerinə yetirilməsi üçün cəlb olunub.

Nazir müavininin sözlərinə görə, komissiyanın işi zamanı sərmayələrin həcminin görülən işlərə uyğun gəlməsinə dair suallar yarandığı üçün müstəqil qiymətləndirmə tələb olunur. Sərmayə xərcləri artırılıb və işlərin həcmi ilə üst-üstə düşməyib. Bu sərmayələrin müstəqil qiymətləndirilməsi üçün qiymətləndirici cəlb olunur. Onun işləri şəbəkələrin təhvil-təslim prosesinə paralel olaraq aparılacaq.

M.Cabbarovun sözlərinə görə, Barmek qiymətləndiricinin cəlb olunması ilə, demək olar ki, razıdır. Lakin bu proses istənilən halda həyata keçiriləcək. Müqaviləyə görə, qiymətləndiricinin işini Barmek ödəyəcək. İşlər hər iki şəbəkədə aparılacaq.

Xəbər lenti

Xəbər lenti