...

2 ay ərzində BTC neft kəməri ilə 11 mln. barel neft nəql olunub

Energetika Materials 14 Avqust 2006 15:03 (UTC +04:00)

Son iki ay ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 11 milyon barel neft nəql edilib. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, iyunun 2-dən bu günə qədər neft kəmərinə 12 milyon barel neft vurulub, bunlardan 11 milyonu Ceyhandakı (Türkiyə) Heydər Əliyev adına terminalda 16 tankerə yüklənib.

Proqnozlara əsasən, Azərbaycan neftinin illik satış planının daha tez yerinə yetiriləcəyi güman edilir. Qeyd edək ki, Heydər Əliyev adına terminal eyni vaxtda 2 tankerə neft yükləyə bilər və bu terminaldan artıq İtaliya, Hollandiya, Yunanıstan, Hindistan, Fransa, Böyük Britaniya və yunan Kiprinə neft göndərilib.

İyun ayında Ceyhan limanında 3, iyul ayında 9, avqustun ayında isə 4 tanker yüklənib.

Xəbər lenti

Xəbər lenti