...

Şahin Mustafayev: Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlarına xüsusi fondlardan yardım ediləcək

Energetika Materials 30 Avqust 2006 19:37 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlarına xüsusi yaradılmış fondlardan yardım ediləcək. Trend in ARDNŞ-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Şahin Mustafayev məlumat verib.

Onun sözlərinə görə, maddi yardımın ayrılması müəssisə və təşkilatların ixtiyarında olan sərbəst gəlir hesabına və ya təsdiq olunmuş smetaya müvafiq olaraq idarə və təşkilatların aparatının saxlanılması üçün nəzərdə tutulmuş xərclər hesabına gerçəkləşdiriləcək.

Maddi yardım ilk ailə həyatı quran, övladları olan, uşaqlıq yaşlarından əlil olan, eləcə də təbii fəlakət zamanı ziyan çəkmiş, Qarabağ, Böyük Vətən və Əfqanıstan müharibələri iştirakçısı olan və b. şirkət əməkdaşlarına ediləcək.

Bir qədər əvvəl ARDNŞ və Respublika Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Komitəsi arasında şirkət qulluqçularına maddi yardımın edilməsi qaydaları və şərtlərini tənzimləyən sənəd imzalanıb.

Əsasnamənin maddələrinin icrası ARDNŞ strukturuna daxil olan bütün müəssisə və təşkilatların rəhbərlərinə tapşırılıb. İcraya nəzarət isə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Şahin Mustafayevə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti