...

"Azərenerji" "Binəqədi" yarımstansiyasının yenidənqurulmasına başlayıb

Energetika Materials 1 Sentyabr 2006 15:20 (UTC +04:00)

"Azərenerji" SC "Binəqədi" yarımstansiyasının (110 kV) yenidənqurulmasına başlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə SC-dən məlumat verilib. Bu işlər "Azərenerji"nin Almaniyanın Siemens şirkəti və KfW bankı ilə birgə həyata keçirdiyi, ötürücü sistemin reabilitasiyası proqramı çərçivəsində görülür.

Yarımstansiyada təmir işləri bir neçə mərhələyə ayrılıb. İşlərin bir hissəsi bilavasitə "Azərenerji", yerdə qalan hissə isə Siemens şirkəti tərəfindən həyata keçiriləcək. Şirkət ötürücü təsərrüfatın, portalların, maşınların və açıq paylayıcı qurğulu digər avadanlıqları modernləşdirəcək. Bundan başqa, köhnə elektrik açarlar yeniləri ilə əvzə olunacaq və s. "Azərenerji" isə köhnə transformatorları dəyişdirməlidir.

Ukraynadan hər biri 63 MBA gücündə iki transformator alınıb. Bu qurğular "Binəqədi" yarımstansiyasının gücünü 46 MBA artmasına imkan verəcək. Hazırda hər iki transformatorun quraşdırılma işləri başa çatıb və onların şəbəkəyə qoşulması istiqamətində iş aparılır. Bundan başqa, AZENCO şirkətinin mütəxəssisləri ilə birgə Dərnəgül və Binəqədi elektrik ötürücü xətlərinin hazırlanması davam etdirilir.

Xəbər lenti

Xəbər lenti