...

İlin sonunadək Azərbaycanda maye qazın qiymətinin artırılması nəzərdə tutulmayıb

Energetika Materials 14 Sentyabr 2006 15:00 (UTC +04:00)

İlin sonunadək Azərbaycanda maye qazın qiymətinin artırılması nəzərdə tutulmayıb. Bu barədə Trend ə etibarlı mənbələrdən məlum olub.

"Maye qazın qiymətinin qaldırılmasına dair bəzi təkliflər var idi, lakin nəticədə ilin sonunadək qiyməti qaldırmamaq barədə qərar verilib", - deyə mənbədən bildirilib.

Hazırda Azərbaycanda 1 ton maye qazın topdan satış qiyməti 178,6 AZN, pərakəndə satış qiyməti isə - 240 AZN təşkil edir. Yanacaqdoldurma məntəqəsində 1 litrin qiyməti 0,24 AZN-dır.

Azərbaycanda maye qaz Heydər Əliyev adına neft emalı zavodunda istehsal olunur, həmçinin qazın buraxılışı ilə "Azərbaycan qaz emalı zavodu" SC də məşğul olur.

Azərbaycanda istehsal edilən maye qazın böyük hissəsi daxili bazarda satılır, az hissəsi isə müqavilələr üzrə Gürcüstana ixrac olunur.

Xəbər lenti

Xəbər lenti