...

Azeri Drilling Company Ltd BM ilk quyunun qazıntısına başlayır

Energetika Materials 21 Sentyabr 2006 15:00 (UTC +04:00)

"Azeri Drilling Company Ltd" birgə müəssisəsi ilk quyusınun qazıntısının hazırlığını başa çatdırır. Bu quyu "8 Mart" yatağında qazılacaq. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Şirkət bir həftədən sonra quyunun qazıntısına başlayacaq. Quyu "8 Mart" yatağının 759 saylı dərin özülündə qazılacaq. Quyunun layihə dərinliyi - 5800 metrdir.

Əvvəl "Azeri Drilling Company Ltd" birgə müəssisəsi qaz quyularının qazılması üçün lazımi avadanlıq və materialların alınması üçün müsabiqə elan edib. Trend xəbər verir ki, təkliflər 2 oktyabr 2006-cı ilə qədər qəbul olunacaq və bu il oktyabr ayının 3-də açılacaq.

BM-in təsisçiləri Azərbaycanın Dövlət Neft Şirkəti (35%), Panama Respublikasında qeydiyyatdan keçirilmiş "Target Petroleum Azerbaijan Corporation" (35%) və "First Drilling Limited" (Şotlandiya) (30%) şirkətidir.

Müəssisənin fəaliyyət sahəsinə neft və qaz quyularının qazıntısı (o cümlədən üfüqi və xüsusi qazıntı), quyuların sementlənməsi və möhkəmləndirilməsi, mənimsənilməsi, əsaslı və yeraltı təmir, geofiziki tədqiqatlar daxildir.

BM-in başlıca vəzifəsi ən müasir texnika və avadanlıqdan istifadə etməklə "8 Mart" və "Bulla-dəniz" yatağında dərin və çox dərin quyuların qazılması olacaq. Bu sahələrdə təxminən 6,5 min metr dərinliyində 8 quyunun qazılması nəzərdə tutulub. Hazırda "8 Mart" yatağında üç platformanın (№730, №759 və №578) təmiri üzrə təcili işlər görülür. Bu özüllərdə yeni buruq dəzgahları quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti