...

"Azərenerji" SC SCADA sistemini işə salmağa hazırlaşır

Energetika Materials 14 Oktyabr 2006 13:26 (UTC +04:00)

Oktyabr ayının sonunda "Azərenerji" SC SCADA layihəsinin həyata keçirilməsinin birinci mərhələsini baş çatdırır. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə "Azərenerji" mərkəzi dispetçer idarəsinin rəisi Nurəli Yusifbəyli MDB Elektrik enerji şurasının Qazaxıstandakı iclasında məlumat verib.

"Biz onu imitasiya, yəni test rejimində işə salırıq. Bir ay ərzində o, test rejimində işləyəcək. Sonra köhnə dispetçer mərkəzi yeni yerə keçəcək", - deyə o qeyd edib.

Bu layihənin birinci mərhələsi Almaniyanın KfW bankının 2,5 mln. avro məbləğində vəsaiti hesabına reallaşdırılıb. Layihənin ikinci mərhələsinin gələn il Dünya bankının vəsaitləri hesabına reallaşdırılması nəzərdə tutulub. "Azərenerji" nümayəndəsi qeyd edib ki, hazırda tender proseduru gedir və burada analoji layihələrin reallaşdırılması üzrə dünya liderləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti