...

Dövlət Gömrük Komitəsi Azərbaycandan neft ixracı həcmini açıqlayıb

Energetika Materials 21 Oktyabr 2006 14:12 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Bakı -Supsa qərb boru kəməri marşrutu üzrə 1 oktyabr 2006-cı ilə qədər 5223426,4 ton xam neft ixrac olunub.

Trend xəbər verir ki, Bakı-Novorossiysk şimal boru kəmər marşrutu üzrə (1 oktyabr 2006-cı ilə qədər) 3468634 ton neft ixrac olunub. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri üzrə analoji dövr ərzində 4253397,6 ton xam neft ixrac olunub.

Bu ilin oktyabrın 1-nə olan məlumata görə, dəmir yolu ilə göndərilmiş xam neftin həcmi 4460859,9 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti