...

Naxçıvana yeni modul elektrik stansiyası üçün 5 generator gətirilib

Energetika Materials 30 Oktyabr 2006 16:18 (UTC +04:00)

Naxçıvan modul elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulmuş, Finlandiyanın Warsila şirkətinin istehsalı olan, hər biri 8,7 MVt gücündə 10 modul generatorundan 5-i artıq gətirilib. Trend in xəbər verdiy kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib. Hazırda avadanlıq stansiyanın iki maşın zalından birində quraşdırılıb.

Maşın zalları üçün özüllər hazırlanıb, tüstü bacaları, radiatorlar və digər qovşaqlar quraşdırılır.

Analoji tipli stansiyalarda olduğu kimi, bu tikintinin də podratçısı Finlandiyanın Wartsila şirkətidir. Bu layihə çərçivəsində inşa edilən 110 kilovoltluq yarımstansiyada hər biri 25 MVt gücündə 5 transformator quraşdırılıb.

Azərbaycan prezidentinin sərəncamı ilə "Azərenerji" SC-yə Bakı, Naxçıvan, Astara, Xaçmaz və Şəki rayonlarında 52 belə qurğunun inşası və təhvil verilməsini təmin etmək tapşılırıb. 2006-cı ildə belə elektrik stansiyaları Bakı İstilik Elektrik Mərkəzi ərazisində (12), Naxçıvanda (10), Xaçmazda (10) və Şəkidə (10) quraşdırılacaq. Stansiyalar "Azəriqaz" SC-nin tədarük edəcəyi təbii qazla işləycək. Bu elektrik stansiyaları hər birinin gücü 8,7 MVt olan enerji modullarından ibarətdir.

Stansiyaların inşası Azərbaycanda elektrik enerjisinin istehsal həcmini 450-460 MVt artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti