...

Azərbaycan nümayəndələri İNOGATE çərçivəsində iclasda iştirak etmək üçün Qazaxıstana gəlib

Energetika Materials 29 Noyabr 2006 13:11 (UTC +04:00)

Noyabrın 30-da Qazaxıstanda İNOGATE proqramı çərçivəsində yekun konfrans keçiriləcək.

Daha əvvəl hazırlıq konfransları layihənin iştirakçı ölkələrində və Avropa Birliyinin mənzil qərargahında keçirilib.

Trend in xəbər verdiyi kimi, görüşdə Azərbaycanı Yanacaq-Energetika Nazirliyinin yanacaq-energetika əməliyyatları şöbəsinin rəisi İdris Rzabəyov və alternativ enerji mənbələri və ekologiya şöbəsinin müdiri Rəhim Əliyev təmsil edir.

INOGATE ("Neft və qazın Avropaya dövlətlərarası nəqli") beynəlxalq əməkdaşlıq proqramında məqsəd neft-qaz kəmərlərinin regional inteqrasiya sisteminə dəstək göstərilməsindən, o cümlədən neft və qazın həm MDB ölkələrində, həm də Avropanın ixrac bazarları istiqamətində bu sistemlər üzrə nəqlinin həyata keçirilməsindən ibarətdir. Bu halda proqram fərdi sərmayədarları və beynəlxalq maliyyə təşkilatlarını müvafiq layihələrin gerçəkləşdirilməsinə cəlb etmək üçün katalizator rolunu oynayır.

Proqramda 21 ölkə iştirak edir: Azərbaycan, Türkiyə, Albaniya, Belarus, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Makedoniya, Moldova, Rumıniya, Slovakiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan, Yuqoslaviya və Ermənistan.

Xəbər lenti

Xəbər lenti