...

Qazprom Rusiyadan Aəzrbaycana qaz tədarükü ilə bağlı danışıqları 2006-cı il dekabrın əvvəlində başa çatdırmağı planlaşdırır

Energetika Materials 4 Dekabr 2006 18:43 (UTC +04:00)

Rusiyadan Azərbaycana qaz tədarükü ilə bağlı danışıqlar hələ ki, davam edir və dekabrın sonuna qədər danışıqlar bitəcək. Bu barədə Qazpromun idarə heyətinin rəhbər müavini Valeri Qolubtsov jurnalistlərlə görüşündə bildirib. "Nəticə qiymət, tədarük qrafiki və digər müxtəlif faktorlardan asılı olacaq." - o qeyd edib.

Valeri Qolubtsov bildirib ki, Qazpromun "artıq qazı yoxdur". "Bizim öz müəssisələrimiz müvafiq qiymətlərlə məmnuniyyətlə qaz alarlar" - deyə o söyləyib.

Bununla belə rəhbər müavini qeyd edib ki, Azərbaycanla qaz tədarükü sferasında şantaj yolu ilə əlaqələr qurmaq mənasızdlır. "Onlar qazı mümkün qədər aşağı qiymətlə almaqda maraqlıdırlar, dünyadakı standart qiymətlərlə maraqlanmırlar" - o izah edib.

Onun sözlərinə görə Azərbaycan bu gün qaza olan tələbatlarını tamamilə ödəyə bilər. V. Qolubtsevin fikrincə, Şahdəniz yatağının mənimsənilməsindəki gerilik səbəbindən 2006-2007-ci ildə xaricdə "qıtlıq" yarana bilər. "Amma əgər planlı şəkildə işlər aparılsa, həcmin yerini doldurmaq olar"- deyə o, bildirib. Xatırladaq ki, noyabrın sonunda OAO "Qazprom" rəsmi şəkildə təsdiq etmişdir ki, 2007-ci ildə Azərbaycana qaz tədarükünün 4,5 dən 1,5 mlrd. kub m.-ə qədər azaldılması planlaşdırlır. Qaz holdinqi nümayəndəsinin sözlərinə görə, göstərilən "həcm Rusiyadan tədarük olunan qazın qiymətini və respublikada xüsusi gəlirləri nəzərə alsaq, Azərbaycanın ixrac olunan qaza olan tələbatını tamamilə ödəməyə" imkan verəcək. S. Kupriyanov izah edlib ki, Azərbaycan öz qazını ixrac etməyə hazırlaşır. "Biz rəqabətin əleyhinə deyilik, amma onu Qazpromun öz resursları hesabına saxlamaq məqsədəuyğun deyil" - deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti