...

Azərbaycan Gürcüstana satılacaq təbii qazın ilkin qiymətini açıqlayıb

Energetika Materials 26 Dekabr 2006 14:16 (UTC +04:00)

2007-ci ilin əvvəlində "Şahdəniz" yatağından təbii qaz hasil edilməyəcək. Buna səbəb quyulardan birindəki texniki problem olub. Ona görə Türkiyənin qaz payının Gürcüstana və Azərbaycana ötürülməsi barədə danışıqlar gələn ilin yanvar ayına saxlanılıb. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan qazı Gürcüstana Türkiyə üçün nəzərdə tutulan qiymətdən çox olmamaq şərtilə satıla bilər.

R.Abdullayev bildirib: "Bu, 1000 kubmetr üçün 120 dollar radiusunda olacaq".

Xəbər lenti

Xəbər lenti