...

Qaspromeksport 2006-cı ildə Azərbaycana qaz ixracını azaldıb

Energetika Materials 9 Yanvar 2007 17:27 (UTC +04:00)

Qazpromeksport MMC (Qazpromun törəmə şirkəti) 2006-cı ildə Azərbaycana 4,48 mlrd. kub metr qaz ixrac edib ki, 2005-ci ildə bu göstərici 4,54 mlrd kub metr idi. Bu barədə Trend ə qaz alqısı ilə məşğul olan Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) xəbər veriblər.

Respublikaya qaz idxalı başlanandan (2000-ci il) ölkəyə cəmi 25,74 mlrd. kub metr qaz tədarük olunub.

2006-cı ildə Azərbaycana qaz 1000 kubmetri 110$ qiymətilə tədarük olunub. Təbii qaz ölkəyə Şirvanovka-Qazıməmməd boru kəməri vasitəsilə verilib.

2007-ci ilin 1 yanvarından qiymət məsələsində razılıq əldə edilməməsinə görə Rusiyadan qaz idxalı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti