...

Azərbaycan Dövlət Neft Şirkəti yanvar ayında dizel yanacağının ixrac proqnozlarını açıqlayıb

Energetika Materials 15 Yanvar 2007 15:32 (UTC +04:00)

Yanvar ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) müxtəlif istiqamətlərdə təxminən 120 min ton dizel yanacağı ixrac etmək niyyətindədir. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən məlumat verilib.

Hazırda artıq hər biri 4,3 min ton olan dizel yanacağının üç tanker partiyası East Energy şirkəti tərəfindən İrana göndərilib.

Neft məhsulu FOB bazisi ilə - Azərneftyağ NEZ-in (ARDNŞ-in tərkibində olan) balansında olan 20 saylı yan alma körpüsündən yüklənir. Xəzər dəniz gəmiçiliyinin tankerləri ilə benzin İranın Neka limanına çatdırılır.

Neft məhsulu həmçinin Gürcüstanın daxili bazarı üçün və Poti limanından ixrac üçün alıcılara göndərilir.

ARDNŞ 2006-cı ilin dekabr ayında Bakı FCA şərləri ilə İsveçrənin Addax treyderi ilə 2007-ci ildə 300 min ton L-62 markalı dizel yanacağının satışı üçün müqavilə imzalayıb.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Bakı NEZ-lərin istehsalı olan neft məhsulu 2007-ci ilin birinci yarısında göndəriləcək. Dizel yanacağı Gürcüstanın Poti və Batumi limanlarından satılacaq.

2006- cı ildə ARDNŞ 1,4 mln. ton dizel yanacağı ixrac edib. Dekabr ayında bu göstərici 125,8 min tona bərabər olub.

Xəbər lenti

Xəbər lenti