...

Azərbaycan Dövlət Neft Şirkəti texniki və geoloji tədbirlər hesabına öz neftinin hasilatını artırıb

Energetika Materials 18 Yanvar 2007 15:31 (UTC +04:00)

ARDNŞ-ın "Azneft" İstehsalat Birliyi (İB) 2006-cı ildə fəaliyyətdə olmayan quyulardan 117-sini istismar fonduna qaytarıb.

Bu barədə Trend ə ARDNŞ neft və qaz hasilatı üzrə "Azneft" İB-nın baş direktoru Şahin İsmayılov bildirib.

2006-cı ildə İB tərəfindən 1438 əsaslı və 42618 cari təmir həyata keçirilib ki, bu da proqnoz göstəricilərindən müvafiq olaraq 116 və 5125 çoxdur. Əsaslı təmir işləri nəticəsində keçən il əlavə olaraq 676,67 min ton neft hasil edilib ki, 2005-ci ildə aparılan analoji işlərin nəticələrinə görə 154,87 min ton çoxdur.

İB tərəfindən 2006-cı ildə 4914 texniki və 864 geoloji tədbir keçirilib, bu, müvafiq olaraq 107,7 min ton və 594,5 min ton artıq neft hasilatına səbəb olub.

Xəbər lenti

Xəbər lenti