...

Azərbaycan Dövlət Neft Şirkəti Xəzərin Rusiya və Qazaxıstana aid hissələrində tədqiqatlar aparacaq

Energetika Materials 22 Yanvar 2007 13:13 (UTC +04:00)

ARDNŞ Geofizika və Geologiya İdarəsi Xəzər dənizinin Rusiya və Qazaxıstana aid sektorlarında tədqiqat işlərinin həyata keçirilməsi məqsədilə müqavilə bağlmaq fikrindədir. Trend xəbər verir ki, AzTV-yə müsahibə verərkən bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ prezidentinin sözlərinə görə, hazırda Şimali Afrika, eləcə də bir sıra digər uzaq xarici ölkələrdə iş aparmaq imkanları nəzərdən keçirilir. ARDNŞ geofizika və geologiyanın Azərbaycanda inkişaf etdirilməsi proqramını qəbul edib.

ARDNŞ rəhbəri bildirib: "Bu proqram 200-250 mln. dollar dəyərində maliyyələşməni nəzərdə tutur. Bu vəsaitə yeni avadanlıq alınacaq, kadrların hazırlanması aparılır və s.".

Xəbər lenti

Xəbər lenti