...

Azərbaycan Gürcüstana təbii qaz tədarükü həcmini elan edib

Energetika Materials 23 Yanvar 2007 17:44 (UTC +04:00)

Azerbaycan Gürcüstana xüsusi qaz tədarükü üzrə yanvar qrafikini yerinə yetirməkdə davam edir. Məlumatlı mənbələrdən Trend ə verilən xəbərə görə, qaz tədarükü prosesi yanvarda 30 mln. kub metr qaz tədlarükü barədə saziş yerinə yetirilənədək hələ bir neçə gün ərzində də davam edəcək.

Hazırda yanvarda Gürcüstana tədarük olunan Azərbaycan qazının ümumi həcmi 25 mln. kub metrə yaxın təşkil edir.

Müqaviləyə əsasən Azərbaycan Gürcüstana I rüb ərzində 10 gün təbiii qaz göndərəcək. Qaz tədarükü hər ayın 10-dan 20-dək 3 mln. kub metr həcmində həyata keçiriləcək.

Azərbaycan Gürcüstana hər 1 min kub metrə $120 qiymətilə qaz tədarük edir.

Xəbər lenti

Xəbər lenti