...

"Azəriqaz" Azərbaycan qaz anbarlarından alınan qazın sutkalıq həcmini açıqlayıb

Energetika Materials 30 Yanvar 2007 12:47 (UTC +04:00)

"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətindən Trend ə bildiriblər ki, hazırda Azərbaycan yeraltı qaz anbarlarından alınan qazın sutkalıq həcmi 9-9,5 mln. kub metr təşkil edir.

QSC-dan bildiriblər ki, hazırda qaz anbarlarında təxminən 820 mln. kub metr qaz qalıb. 2006-2007-ci illər payız-qış aylarında istifadə üçün anbarlara 1 mlrd. kub metrdən artıq qaz yığılımışdı.

Qaz anbarlarına yığılmış qaz cari qışda əhalinin qaz təminatında heç bir problem olmaması üçün şərait yaradır.

2005-ci ildə yeraltı qaz ehtiyatı yataqlarına 1 mlrd. 30 mln. kub metr, 2004-cü ildə isə 846 mln. kub. metr qaz yığılıb.

Bu gün Azərbaycanda iki rezervuar istifadə olunur - Qaradağ və Kalmaz qaz anbarları. Onların tutumu 1 mlrd-1,1mlrd. kub. metr qaz təşkil edir.

Xəbər lenti

Xəbər lenti