...

"Azərenerji" müasir dispetçer idarəetmə sisteminin yaradılması layihəsinin birinci mərhələsini başa çatdırıb

Energetika Materials 20 Fevral 2007 14:07 (UTC +04:00)

"Azərenerji" SC SCADA müasir dispetçer idarəetmə sisteminin yaradılması layihəsinin birinci mərhələsini başa çatdırıb. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı SC-nin mətbuat xidmətindən məlumat verilib. Layihənin bu mərhələsi KfW bankının 2,5 mln. avro məbləğində vəsaitləri hesabına Almaniyanın Siemens şirkəti tərəfindən yerinə yetirilib.

Layihənin ikinci mərhələsinin 2007-ci ildə Dünya bankının vəsaitləri hesabına reallaşdırılması nəzərdə tutulub. Layihənin ikinci mərhələsinin ümumi qiyməti 55 mln. ABŞ dolları həcmində dəyərləndirilir, bunun 47 mln. ABŞ dolları DB, 8 mln. ABŞ dolları isə Azərbaycan tərəfindən təqdim olunacaq. O, Azərbaycanın bütün rayonlarının sistemlə təchiz olunmasını nəzərdə tutur.

Hazırda "Azərenerji" SCADA sisteminin yaradılmasının ikinci mərhələsinin layihəsi üzrə tender təkliflərini seçir. Tenderdə dörd şirkət iştirak edir: Arena, GBB, Siemens, General Electric.

Xəbər lenti

Xəbər lenti