...

BP "Şahdəniz"-də növbəti quyunun istismara verilməsi tarixini qabaqlayır

Energetika Materials 10 Mart 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ BP Azərbaycan şirkəti "Şahdəniz" qaz-kondensat yatağında növbəti - üçüncü quyunu mart ayının sonlarında-aprelin əvvəlində istismara verəcək. Bu barədə məlumatı şənbə günü hökumətdən veriblər. Daha sonra isə dördüncü quyu istismara veriləcək.

Bu iki quyu istifadəyə verildikdən sonra BP birinci quyudakı işlərinə davam edəcək.

Birinci quyunun fəaliyyəti qaz sızması nəticəsində dayandırılıb.

"Şahdəniz"dən "Mərhələ- 1" çərçivəsində 8.6 mlrd. kubmetr qaz hasil olunması nəzərdə tutulub ki, bunun da 2.8 mlrd. kubmetri 2007-ci ilin payına düşür.

Xəbər lenti

Xəbər lenti