...

Azərbaycan hökuməti kimya müəssisələrinin fəaliyyətinin dayandırılması məsələsini müzakirə edəcək

Energetika Materials 12 Mart 2007 16:57 (UTC +04:00)
Azərbaycan hökuməti kimya müəssisələrinin fəaliyyətinin dayandırılması məsələsini müzakirə edəcək

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova, S.Babayeva/Martın 13-də Azərbaycanın Nazirlər Kabinetində baş nazir Artur Rəsizadənin rəhbərliyi altında Azərkimya Dövlət Müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı iclasın keçirilməsi planlaşdırılır. Bu barədə bu gün hökumətdən məlumat verilib.

Müəssisənin fəaliyyətinin dayandırılmasının əsas səbəbi enerji resursları və neft məhsullarına olan qiymətlərin artırılmasından sonra kimya məhsulları istehsalının qoyulan xərci ödənməmsi olub. Qiymətlər Tarif Şurasının 2007-ci il 8 yanvar tarixli qərarı ilə qaldırılıb. Hazırda ölkə hökuməti bu problemin həll imkanlarını axtarır.

Maliyyə Nazirliyi Azərkimyanın güzəştli qiymətlə nafta və təbii qazın alınması köməkçi sisteminə qayıtmaq ideyasını dəstəkləmir.

2005-ci ilə qədər Azərkimya dövlət büdcəsi tərəfindən yardım alıb, lakin sonrakı illərdə hökumət köməkçi yardım sistemindən imtina edib.

Bu gün Azərkimya DM-dən verilən məlumata əsasən, hazırda şirkətin tərkibinə daxil olan bütün müəssisələrin fəaliyyəti dayandırılıb.

"Elektrik enerjisinin istifadəsi üçün ödəmə ilə bağlı olan problemlə əlaqədar elektrik enerjisi ilə təminat yoxdur, kimya müəssisələrinin işi iflic vəziyyətindədir", Azərkimyadan qeyd olunub.

Bununla yanaşı, vergi ödənilməməsi səbəbindən Vergilər Nazirliyi də Dövlət Müəssisəsinin bank hesablarına həbs qoyub.

"Yaranmış vəziyyətdən çıxış üçün hökumətlə danışıqlar aparılır. Hazırda müəssisədə olan maliyyə vəsaiti hesabına təmir-bərpa işləri aparılır", - Azərkimyadan bildirilib.

Xəbər lenti

Xəbər lenti