...

Azərbaycanda yeraltı qaz anbarlarına qazın doldurulmasına may ayında başlanacaq

Energetika Materials 29 Mart 2007 16:42 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Aprel ayında "Azəriqaz" QSC yeraltı qaz anbarlarında profilaktik işlərə başlayacaq. Mayda onlara 2007-2008-ci illər payız-qış mövsümündə istifadə üçün qazın doldurulmasına başlanacaq. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Keçən mövsüm əvvəlki mövsümdən qalmış 200 milyon kubmetr qazı nəzərə almaqla yeraltı qaz anbarlarına 1 mlrd. kub metrdən çox qaz doldurulub. Bu gün yeraltı qaz anbarlarında 360 mln. kubmetrə bərabər qaz ehtiyatı qalmaqdadır. Bu həcm doldurulmuş ümumi qaz həcminin 30 faizindən çoxuna bərabərdir.

Azərbaycanda iki anbar - Qaradağ və Kalmaz anbarları istifadə olunur. Onların ümumi həcmi 1 mlrd.-1,1 mlrd kub metr qaz təşkil edir.

Xəbər lenti

Xəbər lenti