...

Ukrayna və Türkiyə "Nabukko" qaz kəmərinin tikintisi layihəsində birgə iştirak imkanını müzakirə edib

Energetika Materials 6 Aprel 2007 10:52 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko və Türkiyənin energetika və təbii resurslar naziri Hilmi Gülər Qara dəniz akvatoriyasında "Nabukko" qaz kəmərinin tikintisi layihəsində birgə iştirak imkanını müzakirə edib.

Ukraynanın Yanacaq və Energetika Nazirliyinin məlumatına əsasən, Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, görüş Ukraynanın paytaxtında keçirilib.

Türkiyə ilə neft-qaz sahəsində əməkdaşlıqda Ukraynanın prioritetləri arasında Y.Boyko Ukraynanın Türkiyə ərazisində qaz və boru kəmərlərinin tikintisi layihələri və Qara dəniz şelfində yataqların istismarında və karbohidratların hasil olunmasında birgə iştirakı qeyd edib.

Y.Boyko həmçinin Ukraynanın təbii qazının nəql olunmasına imkan verəcək "Nabukko" qaz kəməri, həmçinin Qara və Qırmızı dənizlər arasında energetika dəhlizinin yaradılması çərçivəsində reallaşdırılması planlaşdırılan "Samsun-Ceyhan" neft kəmərinin yaradılması layihələrində Ukraynanın marağını bildirib.

Elektroenergetika sahəsində Ukrayna üçün maraqlı olanlar arasında nazir Türkiyə şirkətlərinin Ukraynanın energetika obyektlərinin tikintisi və bərpa olunmasında, kömür sənayesində - təmizləyici texnologiyaların tətbiqi və hasilatın mexanikləşdirilməsi sahəsində iştirakını qeyd edib.

Ukrayna Türkiyənin energetika kompleksinin tələbatı üçün özünün yeraltı qaz anbarlarının gücünü təqdim etməyə və atom enerjisi sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti