...

Azərbaycanda iri energetika tenderinin nəticələri ləğv olunub

Energetika Materials 11 Aprel 2007 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" SC "Şimal" elektrik stansiyada ikinci buxar-qaz qurğusunun tikintisi ilə bağlı tenderin nəticələrini ləğv edib. Bu barədə məlumatı çərşənbə günü "Azərenerji"dən veriblər. Tender təkliflərin uyğun olmaması səbəbindən ləğv olunub.

SC vəziyyəti layihəyə kedit ayıracaq Yaponiyanın JBIC bankı ilə müzakirə etmək niyyətindədir. İkinci tenderin keçirilməsi də mümkündür.

Təkliflərin qiymətləndirilməsi layihə üzrə məsləhətçilər TEPSCO (Yaponiya) konsaltinq alyansı və Enprima (Finlandiya) tərəfindən birgə aparılıb.

Bu şirkətlərlə birgə Azərbaycanın "Qlobus" şirkəti də fəaliyyət göstərir.

Tenderdə birinci buxar-qaz qurğusunun tikintisini həyata keçirən Yaponiyanın Mitsui şirkəti və Çinin CNEEC şirkətləri iştirak edib. Üçüncü şirkət - Koreyanın "Bumjin Korporation" şirkəti müvafq sənədləri vaxtında təqdim etməyib. Tikinti işləri bu ilin üçüncü rübündə başlamalı idi.

"Azerenerji" "Şimal" elektrik stansiyasında 400 MVt gücündə ikinci buxar-qaz qurğusunun, 4 ədəd 220 kV gücündə EÖX-nin və 220/110 kV-luq yarımstansiyanın layihələndirilməsi, təminatı, tikintisi və montajı, sınaq, buraxılış və istismara təhvil verilməsi ilə bağlı tender elan etmişdi. Layihənin icra müddəti 27 aydır.

JBIC stansiyada ikinci buxar-qaz qurğusunun tikintisinə 29.28 mlrd. iyen güzəştli kredit ayırır. Bu vəsaitlər 40 il müddətinə 0,075%-lə ayrılır və burda 10 il güzəşt müddəti nəzərdə tutulub.

Müəssisədə artıq bir buxar-qaz qurğusu var. Bunun tikntisini Yaponiyanın Mitsui/Mitsubishi şirkəti həyata keçirib.

Xəbər lenti

Xəbər lenti