Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/Dövlət Indian Oil Sorp şirkəti, Türkiyənin Calik Enerji və Qazaxıstanın milli "KazMunayQaz" şirkətinin iştirakı ilə Ceyhanda neft emalı zavodunun tikintisi 2008-ci ildə başlamalı və 2012-ci ildə tamamlanmalıdır. Bu barədə Trend ın Astanadakı xüsusi müxbirinə "KazMunayQaz"dakı naməlum qalmağı arzu etmiş mənbədən məlumat verilib.
Zavodun nəzərdə tutulan emal gücü ildə 15 milyon ton neft təşkil edəcək. Layihənin dəyəri təqribən beş milyard dollar məbləğində qiymətləndirilir. Hər üç tərəf ilkin məlumatlara əsasən, layihədə bərabər pay - 33 faizə malik olmaq niyyətindədir.
"Zavod mərhələli şəkildə işə salınacaq, neft-kimya istiqamətli olacaq. Öncə yanacaq hissəsi, daha sonra neft-kimya hissəsi, o, daha kapitaltutumludur, işə salınacaq", - deyə mənbə bildirib.
Bu neft emalı zavodu Ceyhan limanında ildə 10 milyon ton neft gücə malik PetrolOfisi layihəsindən sonra ikinci bu cür layihə olacaq. Mənbənin fikrinə əsasən, buna baxmayaraq, zavodun tikintisi bir çox kriteriyalara görə iqtisadi cəhətdən gəlirlidir.
İlk kriteriya, onun fikrincə, Bakı-Tiflis-Ceyhan neft boru kəməri vasitəsilə neftin çatdırıldığı və ildə 50 mln. ton neft gücünə malik Ceyhan limanının uğurlu yerdə yerləşməsidir. Yaxın gələcəkdə bura gücü ildə 70 milyon ton təşkil edən Kirkuk-Ceyhan boru kəməri vasitəsilə də neftin nəql olunacağı istisna edilmir. Türkiyə hökumətinin planında ölkə ərazisində üçüncü - layihə gücü 50 milyon ton neft olan neft kəməri Samsun-Ceyhan kəmərinin tikintisi var.
"Ceyhan limanı rayonunda perspektivdə üç boru kəməri keçib gedəcək. Bunlar da ümumilikdə ildə 170 milyon tonadək neft gətirəcək", - deyə mənbə qeyd edib.
İkinci kriteriya, Ceyhanda neft emalı zavodunun tikintisinin iqtisadi cəhətdən məqsədyönlü olmasıdır, belə ki, burada satış bazarı var. Bu, ilk növbədə Türkiyənin özüdür. Əsasən, buraxılan məhsul ildən-ilə böyüyən Türkiyə bazarının neft məhsullarına olan tələbatının ödənilməsinə yönəlib.
Türkiyə neft məhsullarının idxalı və ixracı üçün eyni şərait yaradaraq bazarını liberallışdırıb. Hazırda ölkə neft emalı zavodlarında defisit hiss edir. Mənbənin bildirdiyinə görə, bu gün Türkiyənin neft məhsullarına olan tələbatı 32 milyon ton təşkil edir. Neft məhsullarının istehsalı üçün xammalın ən böyük hissəsi Səudiyyə Ərəbistanı, İraq, Liviya və Rusiyadan gətirilir.
Türkiyənin mövcud olan beş zavodu bu gün 26,5 milyon ton neft məhsulu istehsal edə bilər, yerdə qalan altı-yeddi milyonunu ölkə Rusiya və ya İtaliya şirkətlərindən neft məhsulları alaraq idxal edir. Proqnozlara əsasən, 2010-cu ildə Türkiyənin neft məhsullarına olan tələbatı 34 milyon, 2012-ci ildə isə 43 milyon tonadək artacaq.
"Buna görə də istənilən halda Türkiyə yeni neft emalı zavodlarının tikntisində maraqlıdır. Bazarın tələbatı bunu etməyə vadar edir. Bu zavodun istehsal edəcəyi 15 milyon tondan biz Türkiyəyə təqribən 10 milyon ton sata bilərik, yerdə qalan beş milyonunu isə Hindistana sata bilərik", deyə mənbə bildirib.
Mənbə məlumat verib ki, neft emalı zavodunda neft məhsullarının bütün spektri istehsal olunacaq: yüksək oktanlı benzinin bütün növləri, mazut, dizel yanacağı, aviasiya kerosini və neft-kimya məhsulları.
Bununla belə, mənbənin bildirdiyinə görə, Türkiyənin özündə dizel yanacağı (təxminən 40%) və mazuta, daha sonra benzin və qaza (hərəsi 3 miylon ton) böyük tələbat var.
"Bu bölgü Türkiyədə böyük diqqətin orduya ayrılması ilə əlaqədardır. Dizellə işləyən hərbi texnikanın saxlanması böyük xərclər tələb edir", deyə mənbə aydınlıq gətirib.