Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev/Naxçıvan Muxtar Respublikası ilk dəfə olaraq elektrik enerjisinin ixracına başlayıb. Türkiyənin energetika şirkətinin Van regionu üzrə rəhbəri Kazım Çinarın məlumatına əsasən, hazırda Naxçıvandan Türkiyəyə 10-20 MVt elektrik enerjisi ixrac olunur. Bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat verib. Gələcəkdə bu həcmin 50 MVT-a qədər artılırması nəzərdə tutulur.
Elektrik enerjisinin ixracı MR-ə İran və Azərbaycandan qazın çatdırılması və respublikada yeni elektrik enerjisi obyektlərinin işə salınması nəticəsində mümkün olub. Ötən il ərzində NMR-də qaz-trubin stansiyası, Vayxır su elektrik stansiyası və Naxçıvan modul elektrik stansiyası istismara verilib.
Bu vaxta qədər blokadada olan Naxçıvan Türkiyədən təxminən 70-80 MVt elektrik enerjisi alırdı.