...

Belarus neft emalı sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır

Energetika Materials 20 Aprel 2007 15:32 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Belarus neft emalı sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır. Bu barədə cümə günü mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bəyan edib.

Onun sözlərinə görə, Belarusda bütün MDB məkanında olmayan yüksək emal səviyyəsinə malik olan neft - qaz istehsalı zavodu var.

"Yarımildən sonra biz, bir sıra istehsal sahələrinin müasirləşdirilməsini başa çatdıracayıq. Bu sahələr bizə neft emalı səviyyəsini 92%-ə çatdırmağa imkan verəcək. Bu, dünya standartıdır" - deyə o, bildirib.

Azərbaycanda ümumi gücü ildə 20 mln. tondan çox olan iki neft-qaz istehsalı zavodu mövcuddur. Hər iki neft-qaz istehsalı zavodu Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti