...

Gürcüstan şirkətləri Türkmənistandan dizel yanacağının idxalına başlayıb

Energetika Materials 25 Aprel 2007 18:12 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstanın neft məhsulları idxalçıları - "Optimum" və "Siqma" şirkətləri Azərbaycan ərazisi vasitəsilə Türkmənistandan dizel yanacağının idxalına başlayıb. Gürcüstanın neft məhsullarının idxalçılar, ixracatçılar, istehsalçılar və istehlakçıları Birliyinin məlumatına əsasən, bu şirkətlər ayda 4 700 ton dizel yanacağı əldə edir və bu da yerli bazarda ümumi istehlakın 25 faizini təşkil edir. Birlikdən həmçinin məlumat verilib ki, Türkmənistan yanacağının qiyməti Azərbaycan dizelindən 2,8 sent ucuzdur.

Türkmənistan dizeli ilə yanaşı Gürcüstan bazarını Azərbaycan və Avropa ölkələrindən olan yanacaq təmin edir. Azərbaycandan dizel yanacağını SOCAR Georgia Petroleum şirkəti idxal edir. Şirkət həmçinin Azərbaycandan avtomobil benzini idxal edir.

Bununla yanaşı, Birliyin rəhbəri İvane Mtvralaşvilinin Trend ə bildirdiyi kimi, Azərbaycan Türkmənistandan dizel yanacağının nəqlinə mane olmayacaq. "Bunun üçün əsas yoxdur" - deyə o, bəyan edib.

Xəbər lenti

Xəbər lenti