...

Azərbaycanın "Şahdəniz" yatağında ikinci köndələn lağımın qazılmasına başlanılıb

Energetika Materials 1 May 2007 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ SP Caspian Drilling Company (CDC) (ARDNŞ və Global Santa Fe) birgə müəssisəsi "Şahdəniz" qaz-kondensat yatağında qazılmış SDX-04 qiymətləndirmə quyusunda ikinci yan lağımın qazılmasına başlayıb. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətindən məlumat veilib.

Birinci geoloji lağımın qazılması qazma tapşırıqlarını doğrultmayıb. Qazma işləri "İstiqlal" platformasınadan həyata keçirilcəcək.

Quyunun dərinliyi təqribən 7350 metr təşkil edir. Lağım isə 4050-4100 metr dərinlikdən qazılacaq, uzunluğu isə 2700 metr təşkil edəcək.

ARDNŞ nümayəndələrinin sözlərinə görə, bu qazıntı işləri üçün iki ay vaxt tələb olunur.

Mütəxəssislərin qiymətləndirmələrinə görə isə, lağımın qazılması yeni bir quyu qazılmadan yataq barədə əlavə məlumatlar alınmasına imkan verəcək.

"Şahdəniz" layihəsindən hasilatın pay bölgüsünün iştirakçıları: BP (operator - 25,5 faiz), Statoil (25,5 faiz), Azərbaycan Dövlət Neft Şirkəti (10 faiz), LUKAgip (10 faiz), NICO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz).

Xəbər lenti

Xəbər lenti