...

Azərbaycan neftinin qiyməti: 30 aprel- 4 may həftəsinin yekunları

Energetika Materials 7 May 2007 13:06 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 30 aprel- 4 may həftəsinin yekunları

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/30 aprel - 4 may həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $67,14/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,92/barr və ya 1,4 faiz azdır.

30 aprel- 4 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $68.66/barr, minimal qiyməti isə $65,90/barr tiəşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

30 aprel - 4 may həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $60,63/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,34/barr və ya 2,2 faiz azdır.

30 aprel - 4 may həftəsində URAL neftinin maksimal qiyməti $62,06/barr, minimal qiymət isə $59,50/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

30 aprel - 4 may həftəsində Brent Dated neftinin orta qiyməti $65,68/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,77/barr və ya 3 faiz azdır.

Brent neftinin maksimal qiyməti $67,40/barr, minimal qiymət isə $64,14/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti