...

ARDNŞ "MS-20" markalı yağın alınması ilə bağlı tender elan edib

Energetika Materials 8 May 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyi 1300 ton "MS-20" markalı yağın alınması ilə bağlı tender elan edib.

Tenderdə iştirak etmək üçün ərizələr 2007-ci ilin iyunun 13-dək qəbul edilir. Tender təkliflərinin qəbulu iyunun 22-dək davam edəcək. Həmin təkliflərin açılması isə iyunun 25-nə planlaşdırılır.

Tender zamanı üstünlük podratçının peşəkarlığına, maliyyə və texniki imkanlarına, habelə təcrübəsinə veriləcək.

Xəbər lenti

Xəbər lenti