...

"Etilen-Polietilen" zavodu üçün xammalın alınmasına dair tender elan edilib

Energetika Materials 11 May 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərkimya" DK 2007-ci ildə "Etilen-Polietilen" zavodunda istehsal prosesi üçün tələb olunan yağların alınmasına dair tender elan edib. Bu barədə "Azərkimya"dan verilən məlumatda bildirilir.

Tender dörd lot üzrə keçiriləcək:

- 224,5 ton İ-50 markalı sənaye yağının alınması,

- 77,6 ton XA-30 markalı sənaye yağının alınması,

- 195 ton Pioner yaxud da Avro WOM-un alınması,

- 180 ton Breox-1400 yaxud da Oritec-270-un alınması.

Tenderdə iştirak arzusunda olanlar sənədləri iyunun 19-dək, tender təkliflərini isə iyunun 27-dək təqdim etməlidir. Tender iyunun 28-də zavodda keçiriləcək. Tenderdə iştirakın qiyməti (hər lot üzrə) 200 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti